Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov (FOTO)

Siyasət Xəbər 27 Noyabr 2026 21:07 (UTC +04:00)
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunan qəbulda iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, nazir çıxışında Azərbaycan və Estoniya arasında uzunmüddətli tarixi əlaqələri vurğulayaraq, Estoniyanın Bakıda səfirliyinin açılmasının ikitərəfli münasibətlərdə yeni bir mərhələ olduğunu qeyd edib.

O, ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb, müsbət siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov, həmçinin mövcud ikitərəfli mexanizmlər və çoxtərəfli platformalar vasitəsilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti