ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 23:10 (UTC +04:00)
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb

Bakı. Trend:

ABŞ hərbçiləri noyabrın 26-da Oman körfəzində ticarət gəmisinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə salıblar.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM noyabrın 26-da gəmi heyətinin ABŞ-ın dəniz blokadasını yarmağa cəhd etməsindən sonra Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb. ABŞ-ın hərbi təyyarəsi Palau bayrağı altında üzən “Pacific Archer” gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli sursatla zərbə endirib”, - deyə komandanlığın saytında yayımlanan məlumatda bildirilib.

Qeyd olunub ki, nəticədə gəmi hərəkət qabiliyyətini itirib, mülki heyət üzvləri isə xəsarət almayıblar.

CENTCOM-un məlumatına görə, gəmi Bəndər-Abbas limanından yola düşdükdən sonra regional suları keçməyə cəhd edib.

Ümumilikdə, ABŞ hərbçiləri iyulun ortalarında İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra 158 gəminin marşrutunu dəyişdirib, daha 6 gəmini isə sıradan çıxarıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti