BMT Baş katibi Yaxın Şərqdə hərbi eskalasiyanın ağır nəticələri barədə xəbərdarlıq edib

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 21:57 (UTC +04:00)
BMT Baş katibi Yaxın Şərqdə hərbi eskalasiyanın ağır nəticələri barədə xəbərdarlıq edib

Bakı. Trend:

BMT-nin Baş katibi Küveytə ölümcül dron hücumundan sonra dağıdıcı nəticələr barədə xəbərdarlıq edib. Antonio Quterreş dialoq və diplomatiyanın davamlı sülhə aparan yeganə mümkün yol olduğunu təkrarlayıb.

Bu barədə BMT-nin açıqlamasında bildirilib.

Bildirilib ki, BMT-nin Baş katibi İtaliyanın iki vətəndaşının ölümünə və daha iki nəfərin yaralanmasına səbəb olan Küveytə dron hücumunu qətiyyətlə pisləyib. O, regionda yenidən başlayan hərbi əməliyyatların Yaxın Şərq və ondan kənarda dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

BMT-nin sözçüsü Stefan Dujarrikin cümə günü verdiyi açıqlamaya görə, noyabrın 26-da baş verən hücumda bir Küveyt və bir Pakistan vətəndaşı da yaralanıb.

Quterreş Küveytlə həmrəyliyini ifadə edib və həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə şəfa tapmalarını arzulayıb.

BMT-nin Baş katibi regionda gərginliyin davam edən eskalasiyasından dərin narahatlığını bildirib, bütün tərəfləri təmkinli olmağa, regional sülh və təhlükəsizliyi daha da təhdid edə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti