Nigerin cənub-qərbində silahlı hücum nəticəsində 13 hərbçi həlak olub

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 00:24 (UTC +04:00)
Nigerin cənub-qərbində silahlı hücum nəticəsində 13 hərbçi həlak olub

Bakı. Trend:

Nigerin cənub-qərbində Milli Qvardiyanın mövqeyinə edilən hücum nəticəsində 13 hərbçi həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə “Reuters” ölkənin Müdafiə Nazirliyinə istinadla açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, noyabrın 26-da Abala departamentinin Sanam yaşayış məntəqəsində yerləşən Milli Qvardiya postuna silahlanmış böyük qrup tərəfindən hücum təşkil olunub. Qurum hər hansı qruplaşmanın adını çəkmədən hücum edənləri “terrorçular” adlandırıb.

Bəyanata əsasən, cavab tədbirləri nəticəsində bir neçə silahlı zərərsizləşdirilib və onların logistik avadanlıqları məhv edilib. Müdafiə Nazirliyi itkilərlə bağlı rəqəmlərin ilkin olduğunu, ağır yaralanan hərbçilərin isə tibbi yardım göstərilməsi üçün təxliyə edildiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti