Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 00:11 (UTC +04:00)
Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan

Bakı. Trend:

Məkkə Paktının Strateji, Siyasi və Müdafiə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan alyansın bu strukturunun İslamabadda keçirilən ikinci iclasında iştirakının yekunlarına dair açıqlamasında bildirib.

“İndiyədək alyans çərçivəsində üç iclas keçirmişik: biri növbədənkənar, ikisi isə planlı iclas olub. Təşkilatın katibliyinin və birgə hərbi qərargahın yaradılması ilə bağlı qərarlar qəbul edilib. Bu gün həmin qərarların əksəriyyətini təsdiqləmişik. Bəzi məsələlər komitənin Türkiyədə keçiriləcək növbəti iclasının gündəliyinə daxil edilib”, - deyə Fidanın ölkənin Xarici İşlər Nazirliyi tərəfindən yayılan yerli KİV-ə açıqlamasında bildirilib.

Qeyd edək ki, noyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişini təsdiqləyib. Saziş tərəflərdən birinə xarici silahlı hücum olduğu təqdirdə qarşılıqlı hərbi yardım göstərilməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti