Azərbaycan qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri

Siyasət Xəbər 15 Sentyabr 2026 11:47 (UTC +04:00)
Azərbaycan qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Azərbaycan çox güclü və qlobal arenada sözünü deyən bir ölkədir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası zamanı deyib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının inkişafında ölkə başçılarının rolu böyükdür.

“Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq aləmdə ciddi aktor kimi formalaşır. TDT olaraq regionda sülh və əmin-amanlıq üçün çalışırıq. Hazırda dünyada müxtəlif təhdidlər mövcuddur. Belə bir dönəmdə birlik olmağımız əhəmiyyət kəsb edir. Biz bölgədə yalnızca sülh və əmin-amanlıq üçün çalışırıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası keçirilir.

İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edirlər.

Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti