Pakistanda mədəndə partlayış – 4 nəfər ölüb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 11:23 (UTC +04:00)
Pakistanda mədəndə partlayış – 4 nəfər ölüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Harnay şəhərində kömür mədənində qaz partlayışı nəticəsində azı dörd şaxtaçı həlak olub, beş nəfər yaralanıb.

Bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra yerin altında beş şaxtaçı bloklanıb. Onlar Pakistan hərbçiləri tərəfindən xilas ediliblər.

Yaralılar Kvetta şəhərindəki xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti