Məktəblərdə ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Gündəm Xəbər 14 Sentyabr 2026 11:48 (UTC +04:00)
Məktəblərdə ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti