"Barselona" Rafinyanın müqaviləsinin müddətini uzatmağa hazırlaşır

İdman Xəbər 15 Sentyabr 2026 00:43 (UTC +04:00)
"Barselona" Rafinyanın müqaviləsinin müddətini uzatmağa hazırlaşır

Bakı. Trend:

"Barselona" kapitan Rafinyanın müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Braziliyalı vingerin klubla mövcud sözləşməsi 2028-ci ilin yayında başa çatır. Tərəflər anlaşmanı daha 1 il artırmağı planlaşdırırlar.

Yeni müqavilə ilə Rafinyanın illik maaşı 27 milyon avro olacaq. Bu, 29 yaşlı futbolçunu klubda ən çox qazanan oyunçu edəcək.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı

Xəbər lenti

Xəbər lenti