Latviya rifah naziri sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün vəzifəsini itirib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 00:02 (UTC +04:00)
Latviya rifah naziri sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün vəzifəsini itirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Latviyanın “Yaşıllar və Kəndlilər İttifaqı” sentyabrın 12-də polis tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılan rifah naziri Reynis Uzulnieksi vəzifəsindən geri çağırıb.

Bu barədə Latviya Televiziyası (LTV) məlumat yayıb.

Məlumata görə, siyasi təşkilat keçmiş nazirin partiya sıralarından xaric edilməsi barədə də qərar qəbul edib. Bu vəzifənin müvəqqəti icrası hazırkı kənd təsərrüfatı naziri Uldis Auqulisin üzərinə qoyulub.

Telekanalın məlumatına görə, Uzulnieks sentyabrın 12-də Bakı vaxtı ilə saat 23:00 radələrində Ropaji rayonunda polis tərəfindən saxlanılıb. Aparılan test onun qanında 3,09 promil spirt olduğunu göstərib, təkrar testdə isə bu göstərici 3,5 promil təşkil edib. Daha sonra o, Riqadakı təcridxanaya aparılıb və polis cinayət işi açıb.

Bununla yanaşı, Seçki Komissiyası bildirib ki, keçmiş naziri seçki siyahısından çıxarmaq mümkün olmayacaq, çünki bunun üçün məhkəmə qərarı tələb olunur. Hətta məhkəmə müvafiq qərar qəbul etsə belə, yeni seçki bülletenlərinin hazırlanması üçün artıq vaxt qalmayacaq. Bununla belə, partiya təşviqat materiallarında onun şəklini dəyişməyi planlaşdırır.

Latviyanın Seyminə parlament seçkiləri oktyabrın 3-də keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti