"PSJ" Liqa 1-in 4-cü turunda "Brest"ə qalib gəlib (VİDEO)

İdman Xəbər 14 Sentyabr 2026 04:14 (UTC +04:00)
"PSJ" Liqa 1-in 4-cü turunda "Brest"ə qalib gəlib (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

2026/2027 mövsümündə Fransa çempionatı Liqa 1-in 4-cü turu çərçivəsində “Brest” və “PSJ” komandaları üz-üzə gəliblər.

Qarşılaşma Brest şəhərindəki “Fransis-Le Ble” stadionunda baş tutub. Görüşün baş hakimi Villi Delajo olub. Matçda qonaq komanda1:0 hesabı ilə qələbə qazanıb.

Yeganə qolu oyunun 5-ci dəqiqəsində “PSJ”nin hücumçusu Ferran Torres vurub. Qonaqların rusiyalı qapıçısı Matvey Safonov cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.

Fransa çempionatında dörd oyundan sonra “PSJ” 5 xal toplayaraq turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. “Brest” də 5 xal toplayıb və doqquzuncu sırada yer alır.

Növbəti turda “Brest” sentyabrın 20-də səfərdə “Oser”lə qarşılaşacaq. Luis Enrikenin yetirmələri isə həmin gün “Marsel”lə oynayacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti