Bakı. Trend:
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə sentyabrın 13-də qeydə alınıb.
Belə ki, Elmur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə “Sabunçu bazarı” istiqamətində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.
Piyada aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
