Bakı. Trend:b
Bərdə şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə M.P.Vaqif küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü Əliyeva Məleykə evdə valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb. Bu zaman azyaşlı ehtiyat su toplamaq üçün istifadə olunan hovuza düşüb.
Uşaq sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
