Bakı. Trend:
Xətai rayonunun 8 Noyabr prospektinin müəyyən hissələrində 14 sentyabr saat 09:00-dan etibarən cari təmir işləri həyata keçiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, işlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.