Bakı. Trend:
Müəllimləri süni intellektlə işləmək üçün təlimlərə cəlb etməliyik.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq dövr dəyişib. Yeniliklərdən istifadə etməliyik.
“Müəllimlər yeni üsullardan istifadə etməlidirlər. İkinci bir məsələ isə zaman idarəetməsidir. İndiki abituriyentlər zamanı hiss etmirlər. Müəllimlər bunu şagirdlərlə müzakirə etməlidirlər. Cəzanlandırmaqla, biz “vaxt itkisi”ni onlara izah edə bilmərik. Məsuliyyət hissini başqa cür aşılamlıyıq. Müəllimlərə təbii ki, dəstək lazımdır. Onlar təhsillə bağlı problemlərini daha rahat bölüşməlidirlər”,- deyə M.Abbaszadə əlavə edib.
