İranda avtobus mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 10:33 (UTC +04:00)
İranda avtobus mikroavtobusla toqquşub, ölən və yaralananlar var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtobus mikroavtobusla toqquşub.

Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

“Yerli vaxtla 06:29-da Rəfsəncan-Sərçeşmə yolunun 25 kilometrliyində baş verən yol qəzasında 1 nəfər ölüb”, -deyə məlumatda qeyd olunur.

Hadisə nəticəsində 34 nəfər də xəsarət alıb. 4 yaralıya yerində xidmət göstərilib, qalan yaralılar isə xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti