Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb (FOTO) (YENİLƏNİB-2)

Siyasət Xəbər 12 Sentyabr 2026 19:14 (UTC +04:00)
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb (FOTO) (YENİLƏNİB-2)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Kəlbəcər. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.

Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib. Daha sonra
monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanış olunub.

Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral sudoldurma zavodunun fəaliyyəti ilə tanış olublar.

Ardınca diplomatik korpusun nümayəndələri Kəlbəcər şəhərində keçirilən Bal festivalında iştirak ediblər.

Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi.

Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.

xxx

15:53

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral sudoldurma zavodunda olublar.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, diplomatlar zavodun fəaliyyəti və burada həyata keçirilən istehsal prosesinə baxış keçiriblər.

Nümayəndə heyətinə mineral suyun mənbədən götürülməsi, emalı və qablaşdırılması prosesi, eləcə də müəssisədə yaradılan istehsal imkanları barədə məlumat verilib.

xxx
14:25

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Ağdərə və Kəlbəcər rayonlarındakı tarixi-memarlıq abidələrinə baxış keçirilib.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq, nümayəndə heyəti əvvəlcə Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksində olub. Diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonuna yola düşərək burada yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Qonaqlara kompleksin tarixi, memarlıq xüsusiyyətləri və burada yerləşən dini abidələr barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.

Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, “Sadıqcanın evi”ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.

Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.

xxx
09:50

Ağdərə. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bu gün nümayəndə heyəti Kəlbəcər və Ağdərə rayonlarına səfər edəcək.

Səfər çərçivəsində diplomatlar Ağdərə rayonunun Vəngli kəndində Gəncəsər Monastır Kompleksi ilə tanış olacaq, daha sonra “Yuxarı Vəng” SES-ə və Xudavəng Monastır Kompleksinə baxış keçirəcəklər.

Proqrama əsasən, nümayəndə heyəti Kəlbəcərdə “İstisu” mineral sudoldurma zavodunu ziyarət edəcək, həmçinin Zar kəndində aparılan yenidənqurma işləri ilə tanış olacaq.

Diplomatik korpusun nümayəndələrinin Kəlbəcər şəhərində keçirilən Bal festivalında iştirakı da nəzərdə tutulub.

Səfərin sonunda nümayəndə heyəti yeni inşa edilmiş Murovdağ tunelindən keçməklə Göygöl istiqamətində hərəkət edəcək, daha sonra Bakıya yola düşəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.

Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, “Sadıqcanın evi”ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.

Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti