Bakı. Trend:
Pilot layihələrlə təhsil sistemini yaxşılaşdıra bilmərik.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsil İşçilərinin Sentyabr Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, təhsildə davamılılıq lazımdır.
“Davamlılıq və eyni istiqamətdə getmək gərəklidir. 30 fərqli qısamüddətli iş görməkdənsə, 5 iş görək amma davamlı olsun. Düşünürəm ki, 10 il ərzində müəllim keyfiyyətini artıra bilmişik. Müəllimlərimizin üçdə biri sertifikatlaşdırma, diaqnostika, MİQ-lə işlərinə davam edir”,- deyə nazir bildirib.
E.Əmrullayev əlavə edib ki, zəif olduğumuz nöqtə odur ki, sadə anlayışları başa düşmürük.
“Biz başa düşməliyik ki, müəllimin keyfiyyətləri yaxşı olmalıdır, şagirdlərin davamiyyəti qaydasında olmalıdır və s. Bu sadə anlayışları hər kəs başa düşsə, təhsil sistemini yaxşılaşdıra bilərik”,- deyə nazir bildirib.
