İstanbulda Rusiya-Ukrayna müharibəsi ilə bağlı konkret nəticə əldə olunmalıdır - Ömər Çelik

Siyasət Xəbər 10 Sentyabr 2026 21:08 (UTC +04:00)
İstanbulda Rusiya-Ukrayna müharibəsi ilə bağlı konkret nəticə əldə olunmalıdır - Ömər Çelik
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbulda danışıqlar masası qurularaq nəticə əldə olunmalıdır.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Ö. Çelik müharibənin başa çatdırılması üçün İstanbulda danışıqlar masasının qurulmasının və prosesin konkret nəticə ilə yekunlaşmasının vacibliyini vurğulayıb.

“Çıxılmaz dövrənin mümkün qədər tez başa çatması, İstanbulda masa qurularaq mütləq şəkildə bir nəticəyə gəlinməsi zəruridir”, - deyə AK Parti sözçüsü bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti