Bakı.Trend:
2027-ci il yanvarın 1-dən etibarən Rusiyada işləyən əcnəbilər himayəsində olan və ölkədə yaşayan ailə üzvlərini maddi cəhətdən təmin etməli olacaqlar.
Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinə Rusiya Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini – Xarici Vətəndaşların Vətəndaşlığı və Qeydiyyatı Məsələləri Xidmətinin rəisi Andrey Kikot məruzə edib.
Onun sözlərinə görə, bu tədbir miqrantların işləməyən ailə üzvlərinin Rusiyada qalmasının məhdudlaşdırılmasına yönəlib və Dövlət Miqrasiya Siyasəti Konsepsiyası çərçivəsində həyata keçirilir.
Kikot həmçinin qeyd edib ki, mühacir uşaqların Rusiya məktəblərinə qəbuluna dair meyarların tətbiqindən sonra işləməyən ailə üzvlərinin sayı artıq 20 faiz azalıb.
Qəbul edilmiş qanuna əsasən, 2027-ci ildən Rusiyada əmək mühacirləri özlərini və himayələrində olan ailə üzvlərini regional əmsal nəzərə alınmaqla yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar. Müəyyən edilmiş tələblərə cavab verilmədiyi halda patent və ya iş icazəsi verilməyən, yaxud verilmiş sənəd ləğv edilə bilər.
