Bakı. Trend:
9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
"Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir.
"Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra
onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin
göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata
keçirilməsi istiqamətində tədbirlər görülür. Həlak olanların
ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,
yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", - deyə
nazirlikdən bildirilib.
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi
əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin
qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək
fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət
göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən
çəkinməyə bir daha çağırıb.
