2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramları açıqlanıb

Cəmiyyət Xəbər 10 Sentyabr 2026 15:35 (UTC +04:00)
2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramları açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən (publisistik və ya dialoq formalı) və ona aid 4 tapşırıqdan, oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə ediləcək. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə 13 qapalı tipli tapşırıqdan istifadə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti