London hoteli borca görə ərəb şeyxinin maşınını satışa çıxarır

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 20:11 (UTC +04:00)
London hoteli borca görə ərəb şeyxinin maşınını satışa çıxarır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Londonun “The Dorchester” hoteli ödənilməmiş 458 min funt sterlinq məbləğində hesabla bağlı Qətər şeyxi Nasir bin Abdullah əl-Taninin avtomobilini satışa çıxaracaq.

Bu barədə “Financial Times” yazıb.

Məlumatda bildirilib ki, Əl-Taniyə qarşı iddia mart ayında hotel otaqlarının, otaqla bağlı digər xərclərin və faizlərin ödənilməməsi ilə əlaqədar qaldırılıb.

"Məhkəmə ümumilikdə 458 min funt sterlinq məbləğin tutulması barədə hotelin xeyrinə qərar çıxarıb və əl-Taniyə məxsus 2011-ci il istehsalı “Fiat 500 Abarth Tributo Ferrari” avtomobilinin satılmasına icazə verib. Şeyxin vəkilləri qərardan apellyasiya şikayəti vermək niyyətindədir", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Şeyx hakim ailənin üzvü olsa da, dövlət vəzifəsi tutmur. Nasir bin Abdullah əl-Tani əvvəllər “Malaqa” futbol klubunun vitse-prezidenti olub (atası klubun əsas səhmdarıdır).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti