Diyetologiya və nutrisiologiya mütəxəssislərinə nəzarət gücləndirilir

Cəmiyyət Sənəd 10 Sentyabr 2026 14:47 (UTC +04:00)
Diyetologiya və nutrisiologiya mütəxəssislərinə nəzarət gücləndirilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Diyetologiya və nutrisiologiya sahəsində üzrə çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət gücləndiriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, diyetologiya və nutrisiologiya ixtisası üzrə çalışan mütəxəssislərin qeydiyyatının aparılması mexanizminin formalaşdırılmasına dair normativ hüquqi baza hazırlanacaq. Bundan başqa mütəxəssislər fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təlimlərə cəlb ediləcəklər.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Digər içraçı qurumlar, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və TƏBİB-dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti