Livan dənizçilər tərəfindən xilas edilən 20 miqrantı Suriyaya təhvil verib

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 03:18 (UTC +04:00)

Bakı. Trend:

Livanın şimal sahillərində batan gəmidən xilas edilən bir qrup qanunsuz miqrant çərşənbə günü Əl-Aridə sərhəd-keçid məntəqəsində Suriya hakimiyyətinə təhvil verilib.

Bu barədə "Asharq al-Awsat" qəzeti yerli təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Livan Hərbi Dəniz Qüvvələrinin dənizçiləri sentyabrın 8-də sudan 21 suriyalını çıxarıblar. Onların Kiprə qanunsuz keçməyə cəhd etdikləri qayıq ölkənin şimalındakı Tripoli limanının qarşısında alışıb və batıb.

Gəmidə ümumilikdə neçə nəfərin ola biləcəyi müəyyən edilməyib. Livan sahillərində axtarış-xilasetmə əməliyyatı davam edir. Şiddətli yanıq xəsarətləri alan üç suriyalı xəstəxanaya yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti