Almaniya kansleri Avropa İttifaqının büdcə planını azaltmağa çağırıb

Dünya xəbərləri Xəbər 9 Sentyabr 2026 22:42 (UTC +04:00)
Almaniya kansleri Avropa İttifaqının büdcə planını azaltmağa çağırıb

Bakı. Trend:

Avropa Komissiyasının 2028-2034-cü illər üçün büdcə planı ilə bağlı təklifləri həddindən artıq böyükdür və bütün sahələr üzrə azaldılmalıdır.

Bunu Almaniya kansleri Fridrix Merts Avropa Şurasının sədri Antonio Koşta ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropa Komissiyasının təklifləri çoxillik maliyyə planının əvvəlki dövrlə müqayisədə 60% artırılmasını nəzərdə tutur. Bütün üzv dövlətlərdə büdcə qənaətinin həyata keçirildiyi bir vaxtda bu, sadəcə olaraq həddindən artıq böyük yükdür”, - deyə o bildirib. “Bununla əlaqədar olaraq, bütün maliyyə dövrü ərzində təklifləri bir neçə yüz milyard avro həcmində azaltmalıyıq. Bu ixtisarlar bütün sahələri əhatə etməlidir”, - kansler qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti