Dənizə çıxışı olmayan ölkələr üçün limanlar strateji multimodal qovşaqlardır - Çoriyev

İqtisadiyyat Xəbər 9 Sentyabr 2026 13:57 (UTC +04:00)
Dənizə çıxışı olmayan ölkələr üçün limanlar strateji multimodal qovşaqlardır - Çoriyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dənizə çıxışı olmayan ölkələr üçün limanlar strateji multimodal qovşaqlardır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Casurbek Çoriyev “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, onlar dəniz yollarını dəmir və avtomobil yolları ilə birləşdirir, regional və beynəlxalq bazarlara çıxışı təmin edir.

“Ticari Dəniz Gəmiçiliyi üzrə Texniki Əlavə TRACECA üzv dövlətlərinin mühüm öhdəliklərini müəyyən edib. Bunlara gəmilərin limanlarda qeyri-məhsuldar dayanma müddətinin azaldılması, liman və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, səmərəli quru bağlantısının və multimodal nəqliyyat xidmətlərinin təmin edilməsi daxildir.

Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və Poti limanlarına son səfərlərimiz zamanı biz liman və nəqliyyat operatorları ilə praktiki prioritetləri müzakirə etdik. Liman gücü əlaqələndirilmiş dəmir yolu əməliyyatları, effektiv logistik proseslər və səmərəli sənədləşmə prosedurları ilə dəstəklənməlidir. Ətraf mühitə məsuliyyətlə yanaşılmalıdır.

TRACECA dayanıqlı inkişaf məqsədlərini dəstəkləyir, nəqliyyat infrastrukturunu inkişaf etdirərkən və ticarəti asanlaşdırarkən Xəzər və Qara dəniz ekosistemlərinin qorunmasının vacibliyini qəbul edir”,- deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti