Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib

Cəmiyyət Materials 9 Sentyabr 2026 09:43 (UTC +04:00)
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski dünyasını dəyişib.

A. Şarovski bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə alırdı.

Qeyd edək ki, Aleksandr Şarovski Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri olub. O, uzun illər səhnə fəaliyyəti ilə məşğul olub, aktyor və rejissor kimi Azərbaycan mədəniyyətinə töhfələr verib. Şarovski xüsusilə Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyəti ilə tanınıb.

O, müxtəlif tamaşalarda aktyor kimi çıxış edib, eyni zamanda rejissor kimi bir sıra səhnə əsərlərinə quruluş verib. Sənətkarın yaradıcılığı Azərbaycan teatr sənətinin inkişafında mühüm yer tutur.

Aleksandr Şarovski Azərbaycan teatr sənətinə verdiyi töhfələrə görə “Xalq artisti” fəxri adına layiq görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti