Suriyada sursat anbarında partlayış - ölən və yaralılar var

Dünya xəbərləri Xəbər 9 Sentyabr 2026 16:20 (UTC +04:00)
explosion
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində azı 3 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

Bu barədə “Al-Ikhbaria” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlərin sayının artacağı istisna edilmir. Müdafiə Nazirliyinin məlumatına əsasən, partlayış İdlib əyalətinin şimalında, Sarmada şəhəri yaxınlığındakı Bürc ən-Nimra bölgəsində sonradan başqa yerə daşınmazdan əvvəl silahların toplanması üçün istifadə olunan müvəqqəti anbarda baş verib.

Hadisə nəticəsində nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

“Al-Ikhbaria” telekanalı hadisə yerində yanğının baş verdiyini, yanğınsöndürmə bölmələrinin alovu söndürməyə çalışdığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti