Bakı. Trend:
Sentyabrın 8-də saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İDarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın "tros"unun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək vəfat etdiyi bildirilir.
