İspaniyada 1 tondan çox narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 21:31 (UTC +04:00)
İspaniyada 1 tondan çox narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniya Mülki Qvardiyası kokos partiyasının içində gizlədilmiş bir tondan çox kokain aşkar edərək müsadirə edib.

Bu barədə “20 Minutos” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 1 238 kiloqram narkotik maddə müsadirə olunub. Kokain yük konteynerinin içərisində, paletlərin altında və yük maşınının qoşqusunun döşəməsində gizlədilmiş vəziyyətdə aşkar edilib.

Əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Polis əməkdaşları, həmçinin yükün mənşəyi və təyinatı barədə məlumat əldə etməyə kömək edə biləcək pul və bir neçə elektron cihaz götürüblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti