Bakı.Trend:
Lianyungang Limanı, Azərbaycan Dəmir Yolları (ADY) və Bakı Limanı arasında əməkdaşlıq intensivləşir
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Lianyungang Limanı nümayəndəsi Jiang Vei “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional əməkdaşlıq və dayanılıq tərəfdaşlıqlar” çıxışı zamanı deyib.
O qeyd edib ki, mövcud əməkdaşlığa əsaslanaraq Lianyungang – Aktau – Bakı zəncirini sabit, səmərəli və rəqabət qabiliyyətli Transxəzər logistika məhsuluna çevirmək niyyətindəyik.
“Data təhlükəsizliyi və milli qanunvericiliklərə əməl olunması şərtilə, Lianyungang Limanı Azərbaycan Dəmir Yolları, Bakı Limanı və digər tərəfdaşlarla birgə daşıma məlumatlarının mübadiləsi kimi əsas istiqamətlərdən başlayaraq "Liman – Xorqos – Aktau – Bakı" Transxəzər logistika məlumat zəncirini formalaşdırmağa hazırdır.
Dəhlizin ümumi inkişafına baxsaq, Aktau limanından keçən Transxəzər beynəlxalq marşrutu üzrə konteyner aşırma həcmi 2023-cü ildəki 16.4 min TEU-dan 2025-ci ildə 65.3 min TEU-ya yüksəlib. 2026-cı ilin yanvar-iyul aylarında isə 41.8 min TEU təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb. Bu göstərir ki, Transxəzər daşımaları sadəcə "keçid" mərhələsindən daha böyük həcmli, səmərəli və sürətli daşıma mərhələsinə keçid edir. Bu da qovşaqların koordinasiyası və məlumat mübadiləsinə daha yüksək tələblər qoyur”,- deyə o bildirib.
