Bakı.Trend:
Səudiyyə Ərəbistanına istənilən hücum Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli saziş olan Məkkə müdafiə ittifaqının işə salınmasına səbəb ola bilər.
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Geo TV” telekanalına verdiyi müsahibədə bildirib.
“Biz bu paktın şərtləri ilə bağlı öhdəlik götürmüşük və (müttəfiqlərə qarşı) hərbi təcavüz törədilərsə, öhdəliklərimizi yerinə yetirəcəyik. Burada heç bir qeyri-müəyyənlik olmamalıdır”, - deyə Asif Geo TV telekanalına müsahibəsində bildirib.
Bununla əlaqədar nazir bildirib ki, üsyançı “Ənsar Allah” hərəkatının tərkibində olan Yəmən husiləri Səudiyyə Ərəbistanına endirdikləri zərbələrin “sazişin işə salınmasına səbəb ola biləcəyini” anlamalıdırlar.
