Bakı.Trend:
Ukrayna məsələsinin nizamlanması ilə bağlı amerikalı danışıqlar aparan tərəflə təmaslar davam etdiriləcək.
TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
“Görüşəcəyimizlə bağlı anlaşma var. Belə görüşlərin keçirilməsi praktikasını bərpa edəcəyik... Biz buna açığıq”, – deyə Kremlin nümayəndəsi bildirib.
Bununla yanaşı, Peskov Ukrayna tərəfinin də bu prosesə açıqlıq nümayiş etdirəcəyinə ümid etdiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Moskvada keçirilən danışıqlar zamanı Ukrayna ilə bağlı üçtərəfli təmasların bərpası variantlarını müzakirə ediblər.
