Bakının Balaxanı qəsəbəsində obyektdə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Hadisə Xəbər 8 Sentyabr 2026 20:53 (UTC +04:00)
Bakının Balaxanı qəsəbəsində obyektdə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB) (FOTO/VİDEO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Balaxanı qəsəbəsində obyektdə baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

20:40

xxx

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə zamanı xəsarət alan olmayıb.

20:02

xxx

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə hadisə barədə ilkin məlumat daxil olub:

"Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti