Bakı.Trend:
İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib.
Bu barədə “20 Minuten” nəşri məlumat yayıb.
Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziyan dəyib. Nəşrin məlumatına əsasən, yaralananlar var və dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.
Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyirlər. Partlayışın səbəbi və hadisənin baş verdiyi dəqiq obyekt müəyyənləşdirilir.
