Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfəri başlayıb (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2026 16:58 (UTC +04:00)
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfəri başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa şəhərində Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.

Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Şuşada “Güllələnmiş heykəllər”, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini, Cıdır düzünü, Vaqifin muzey-məqbərə kompleksini və digər tarixi-mədəni məkanları ziyarət edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti