Bakı. Trend:
Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi onun həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əhəmiyyətini daha da artırır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, dəmir yolu bağlantılarımız isə bu dəhlizlərin inkişafına xüsusi töhvə verməklə Avrasiyanın ümumi logistika zəncirində özünəməxsus yer tutur.
“Məqsədimiz limanın aşırma gücünü daha da artırmaqdır. Bu məqsədlə Bakı Limanının inkişafının ikinci mərhələsi üzərində çalışmaları davam etdirilir. Hazırkı 15 milyon ton illik yükaşırma gücündən əlavə 10 milyon tongücün artırılması nəzərdə tutulur.
Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEUüçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEUolacaq”,- deyə o əlavə edib.
R.Rüstəmov əlavə edib ki, sektorumuz qarşısında ümumi çağırışlar da var.
“Xəzər dənizində suyun səviyyəsinin azalmasıgəmiçilik üçün və
limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı,
beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və
münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib
edir.
Məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının
keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyri-müəyyənliyin artdığı
bir dövrdə bu kimi görüşlər etimadın formalaşmasına, ümumi
narahatlıqlarımızın praktiki fəaliyyətə çevrilməsinə kömək edir”,-
deyə o bildirib.
