Bakı. Trend:
Rusiya silahlı qüvvələri Kiyevə ballistik raketlər buraxıb.
“İnterfaks-Ukrayna”nın Kiyev Şəhər Hərbi Administrasiyasına (KŞHA) istinadən verdiyi məlumata görə, zərbə nəticəsində 2 nəfər həlak olub.
Yerli vaxtla 06:30-da qeydə alınmış raket hücumu nəticəsində bundan başqa 7 nəfərin yaralandığı bildirilir.
Bəzi Ukrayna KİV-ləri yaralı sayının 10 olduğunu yazır.
