Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, bəzi yerlərə dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 16:30-a
olan məlumatına əsasən, yağıntılar ayı-ayrı yerlərdə leysan
xarakterlidir.
"Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti
Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada
23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17,
Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.
Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat
16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm
kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.
Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır", - deyə məlumatda qeyd edilib.
15:47
xxx
Sentyabrın 7-si saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
"Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.
Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır", - deyə məlumatda qeyd edilib.
