Ermənistan və Rusiyanın aidiyyəti qurumları ticari məsələləri müzakirə edəcək - Peskov

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 14:30 (UTC +04:00)
Ermənistan və Rusiyanın aidiyyəti qurumları ticari məsələləri müzakirə edəcək - Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrinə əsasən, hər iki ölkənin aidiyyəti qurumları ticarət məsələlərini nəzərdən keçirəcəklər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Bişkekdə Paşinyanla keçirilən görüş çox mühüm və kifayət qədər məzmunlu idi. Görüş zamanı ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müəyyənləşdirildi", –deyə Kremlin nümayəndəsi deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bundan sonra həmin məsələlərlə məşğul olacaq və onları ətraflı nəzərdən keçirəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti