Tehran yaxın günlərdə Hörmüz boğazı yaxınlığında «qadağan olunmuş zona» elan edəcək

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 03:29 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İran Tehranın ABŞ-la müharibənin başlanmasından etibarən nəzarətə götürdüyü strateji dəniz yolu olan Hörmüz boğazı yaxınlığında «qadağan olunmuş zona» elan etməyə hazırlaşır. Bunu bazar günü İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bildirib.

«Yaxın günlərdə Hörmüz boğazının xaricində qadağan olunmuş zona elan ediləcək. Bu zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayacaq və körfəzin müəyyən hissələrini əhatə edəcək», – deyə Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında bildirib. «Bu yeni zonaya daxil olan istənilən gəmi sanksiya siyahısına salınacaq».

Son günlər, xüsusilə strateji əhəmiyyət daşıyan Hörmüz boğazında əsasən dənizdə baş verən qarşılıqlı hücumların yeni dalğasından sonra İran bazar günü ABŞ-ı «daha intensiv» cavabla hədələyib. Avqust ayı zərbələrin nəzərəçarpacaq dərəcədə azalması ilə yadda qalsa da, avqustun 30-da Vaşinqtonun təşəbbüsü ilə hərbi əməliyyatlar yenidən başlayıb. Tehran isə fevralın sonunda ABŞ və İsrailin hücumu ilə başlayan münaqişənin ilk günlərindən olduğu kimi, cavab olaraq qonşu ölkələri hədəfə alıb.

Lakin cümə günündən etibarən tərəflər əsasən Körfəz bölgəsində, suda bir-birinə hücum edirlər. Burada dəniz nəqliyyatı hələ də ciddi şəkildə məhdudlaşıb. Buna səbəb Tehranın Hörmüz boğazını bağlaması və buna cavab olaraq ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasıdır.

İran əvvəlcə ABŞ-a məxsus aviadaşıyıcı gəmini və esminesi hədəfə alıb. Vaşinqtonun məlumatına görə, həmin gəmilər «İran tərəfindən heç bir səbəb olmadan həyata keçirilən çoxsaylı hücumlardan yayına biliblər». ABŞ ordusu isə şənbə günü buna cavab olaraq, öz məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan üç neft tankerinə zərbələr endirib.

Bundan sonra İranın bu güclü hərbi qüvvəsi cavab olaraq Hörmüz boğazında üç neft tankerini, həmçinin «digər ərazilərdə Amerikaya bağlı üç gəmini (...)» hədəfə aldığını bildirib.

Bazar günü səhər saatlarında isə Tehran Hörmüz boğazına «daxil olmağa cəhd edən» dəniz pilotsuz uçuş aparatına hücum etdiyini açıqlayıb. ABŞ-ın Yaxın Şərq üzrə Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins isə buna «tamamilə yalan» deyə cavab verib. «Bu gün heç bir ABŞ gəmisi hücuma məruz qalmayıb», – deyə o bildirib.

«Amerikalılar anlamalı idilər ki, proporsional cavablar dövrü artıq başa çatıb», – deyə İranın baş müzakirəçisi və parlament sədri Məhəmməd Baqir Qalibaf dövlət mediasında yayımlanan mesajında bildirib.

«İranın maraqlarına və təhlükəsizliyinə qarşı istənilən təcavüz daha sürətli, daha intensiv və daha ağrılı cavabla qarşılanacaq», – deyə o söz verib.

CENTCOM-un rəhbəri Bred Kuper isə ABŞ-ı belə təhdid edib: «Əgər siz bizim iki gəlimizə atəş açsanız, biz sizə daha böyük iqtisadi bədəl ödədəcəyik: sizin üç gəminizi ələ keçirəcəyik».

Xəbər lenti

Xəbər lenti