FİFA prezidenti Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək

İdman Materials 6 Sentyabr 2026 17:11 (UTC +04:00)
FİFA prezidenti Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq.

Bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə ki, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçkilərə qatılacaq", — deyə Harris FİFA nümayəndəsinin sözlərini sitat gətirərək yazıb.

Qeyd edək ki, C. İnfantinonun 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternatizsiz əsasda yenidən bu vəzifəyə seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Seçkilərdə iştirak üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti