"Real"ın hücumçusu "Roma"ya keçə bilər

İdman Materials 5 Sentyabr 2026 21:33 (UTC +04:00)
"Real"ın hücumçusu "Roma"ya keçə bilər

Bakı. Trend:

"Real"ın hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Braziliyalı forvard "Roma"nın qış transfer pəncərəsi üçün əsas hədəfidir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Paytaxt klubu Endriki icarəyə götürmək istəyir. 20 yaşlı futbolçu özü də "Roma"ya keçməyə isti yanaşır.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər lenti

Xəbər lenti