Rusiya sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb

Hadisə Materials 5 Sentyabr 2026 07:21 (UTC +04:00)
Rusiya sahilləri yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Trend:

Rusiyanın Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsindən məlumat verilib.

Məlumata əsasən, zəlzələnin episentri İturup adasındakı Reydovo kəndindən 144 km şərqdə olub. Təkanların ocağı dəniz dibinin 44 km dərinliyində yerləşib.

Bildirilib ki, 3 bal gücündə olan seysmik hadisə İturupdakı yaşayış məntəqələrində hiss olunub. Sunami xəbərdarlığı edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti