Mahir Emrelinin növbəti qolu "Rakuv"u məğlubiyyətdən xilas etməyib (VİDEO)

İdman Materials 3 Sentyabr 2026 22:28 (UTC +04:00)
Mahir Emrelinin növbəti qolu "Rakuv"u məğlubiyyətdən xilas etməyib (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" komandası Polşa çempionatında növbəti oyununu keçirib.

"Rakuv" Ekstraklassanın V turu çərçivəsində doğma divarlar arasında “Qurnik”u qəbul edib.

Meydana start heyətində çıxan Emreli görüşün 79-cu dəqiqəsində hesab 0:2 olarkən rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.

Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.

Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti