Nepalda daşqın qurbanlarının sayı 1259-a, itkin düşənlərin sayı 5083-ə çatıb

Dünya xəbərləri Xəbər 4 Sentyabr 2026 00:29 (UTC +04:00)
Nepalda daşqın qurbanlarının sayı 1259-a, itkin düşənlərin sayı 5083-ə çatıb

Bakı. Trend:

Avqustun 26-da Nepalda baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı artıq 1 259 nəfərə, itkin düşənlərin sayı isə son 24 saat ərzində kəskin artaraq 5 083 nəfərə çatıb.

Bu barədə sentyabrın 3-də fövqəladə hallar üzrə məsul qurum məlumat yayıb.

Çinin dövlət mediası isə öz növbəsində Tibet ərazisində 21 nəfərin öldüyünü, 541 nəfərin itkin düşdüyünü bildirib. Bununla da təbii fəlakət nəticəsində ümumi ölənlərin sayı 1 280 nəfərə, itkin düşənlərin sayı isə 5 624 nəfərə çatıb. İtkin düşənlərin arasında yüzlərlə xarici vətəndaşın olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti