İstanbulda İŞİD-ə üzv olmaqda şübhəli bilinən terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 01:02 (UTC +04:00)
İstanbulda İŞİD-ə üzv olmaqda şübhəli bilinən terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyə polisi İstanbulda terrorçu “İslam Dövləti” (İŞİD) qruplaşmasının ehtimal olunan tərəfdarını zərərsizləşdirib.

İstanbul vilayəti qubernatorluğunun yaydığı məlumata görə, həmin şəxs Türkiyə ərazisində terror aktı hazırlayırmış.

“İŞİD adlı silahlı terror təşkilatı ilə əlaqəli olduğu və ölkəmizdə terror aktı törətməyi planlaşdırdığı ehtimal edilən 21 yaşlı Berkan Ç.-nin saxlanılması məqsədilə Sultanbəyli rayonunda əməliyyat keçirilib. Şübhəli şəxs polis əməkdaşlarına atəş açıb. Cavab atəşi nəticəsində Berkan Ç. zərərsizləşdirilib”, – vilayət hakimiyyətinin açıqlamasında bildirilib.

Həmçinin qeyd olunur ki, “hadisə zamanı bir vətəndaş yaralanıb”. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti