Bakı. Trend:
Tacikistan və Azərbaycan əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurrəhman Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Diplomat bildirib ki, hazırda Tacikistan-Azərbaycan əməkdaşlığı siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və humanitar sahələrdə ardıcıl şəkildə inkişaf edir.
O vurğulayıb ki, praktiki qarşılıqlı fəaliyyətin genişləndirilməsi iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır.
Səfirin sözlərinə görə, işgüzar əlaqələrin, sənaye əməkdaşlığının, qarşılıqlı investisiyaların, habelə mədəni və humanitar mübadilələrin inkişafı xüsusi əhəmiyyət daşıyır.
"İşgüzar əlaqələrin dərinləşdirilməsi, sənaye kooperasiyasının inkişafı, qarşılıqlı investisiyalar, eləcə də mədəni və humanitar mübadilələrin fəallaşdırılması, şübhəsiz ki, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək", - İ.Abdurrəhman qeyd edib.
