İran ABŞ bazalarına qarşı hücumlarda süni intellektli dronlardan istifadə edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 17:36 (UTC +04:00)
İran ABŞ bazalarına qarşı hücumlarda süni intellektli dronlardan istifadə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına endirdiyi cavab hava zərbələri zamanı süni intellekt texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Bu barədə İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.

“Düşmənə qarşı son əməliyyatlar zamanı “Fəth” sinfinə aid “yer-yer” tipli raketlərdən və süni intellektlə təchiz edilmiş “Araş-2” pilotsuz uçuş aparatlarından istifadə etdik”, - deyə o, dövlət televiziyasının efirində bildirib.

İran ordusunun nümayəndəsinin sözlərinə görə, İran Silahlı Qüvvələri cavab zərbələrini “birləşdirilmiş və asimmetrik şəkildə həyata keçirir ki, bu da hədəfləri asanlıqla vurmağa imkan verir”.

Əkrəminiya qeyd edib ki, Tehran təhdidlərin yaranacağı təqdirdə qabaqlayıcı əməliyyatlar keçirmək imkanını istisna etmir. O, həmçinin İsrailə xəbərdarlıq edərək, İranın yeni təcavüzə cavabının “sürətli və sarsıdıcı” olacağını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti